14 C
Baku
16 Noyabr 2025, 7:26
Siyasət

Türkiyə sanksiyaların ləğvini tələb edir

Bugün.tv RİA Novosti -ə istinadən xəbər verir ki, Türkiyə İsveç və Finlandiyanın NATO -ya qoşulmasını dəstəkləməsi qarşılığında F-35 qırıcılarının tədarükünün təsdiqlənməsi, həmçinin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı ABŞ-ın sanksiyalarının ləğvin tələb edir.
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlük cəhdlərini dəstəkləmək müqabilində heç bir konkret tələb irəli sürməyib.
Bildirilir ki, Türkiyə həmçinin ABŞ -dan onlarla F-16 qırıcı təyyarələri satın almaq , sahib olduqlarını təkmilləşdirmək istəyir.
Ankara həmçinin Stokholm və Helsinkidən 2019-cu ildə digər Avropa İttifaqı üzvləri ilə birlikdə ona tətbiq etdikləri silah ixracına qoyulan məhdudiyyətlərin də aradan qaldırmasını istəyir. Bundan əlavə, İsveç və Finlandiyadan təkcə Kürdüstan Fəhlə Partiyasını deyil, onunla əlaqəli təşkilatları da açıq şəkildə qınamağı tələb edir.

Bugün TV

Oxşar xəbərlər

Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclası başlayıb

Aynur Camal

Ərdoğandan Yunanıstana sərt sözlər

Bugün TV

“Ağzından süd iyi gələn uşaqları yüksək vəzifələrə təyin edirlər…”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu