8 C
Baku
8 Fevral 2026, 17:59
Baş xəbərSosial

Türkiyə Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin rəhbəri Bakıda

Türkiyə Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin rəhbəri, professor Vedat Şahin Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (ETTOİ) olub.

Bu barədə Bugun.tv-yə Səhiyyə Nazirliyidən xəbər verilib.

Görüş zamanı qarşılıqlı əməkdaşlıq, elmi araşdırmalar və kadr yetişdirilməsi haqqında müzakirələr aparılıb.

Toplantıda iştirak edən səhiyyə nazirinin müavini İlqar Qasımov Vətən müharibəsi günlərində edilən hərtərəfli dəstəyə görə Türkiyə Respublikasının Ortopedi və Travmataloji heyətinə təşəkkürünü bildirib. Görüşdə 441 müəllif tərəfindən yazılan və professor Vedat Şahin tərəfindən nəşr edilən Travmatalogiya və Ortopediyanın əsasları haqqında 3 cildlik tədris kitabı İnstituta hədiyyə edilib. Sonda qonaqlar ETTOİ-nin əməliyyatxana bloku, Artroplastika və artoskopiya şöbəsi ilə tanış olublar.

Aynur Camal

Oxşar xəbərlər

Ekspertlər: mədə yanmasını təkcə acı və yağlı yeməklər yaratmır

Aynur Camal

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu