30 C
Baku
9 İyun 2025, 14:40
Siyasət

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətindən rəsmi heyət təhsil sektoru üzrə əməkdaşlıq məqsədilə Bakıya səfər edib

Türkiyə-Azərbaycan parlamentlər arası dostluq qrupu rəhbəri və İstanbul millət vəkili Şamil Ayrım, Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti dostluq qrupu rəhbəri Konya millət vəkili Orhan Ərdəm, Şimali Kipr Türk Cümhuriyyəti sabiq millət vəkili və Şərqi Ağdəniz Universiteti (Doğu Akdeniz Universitesi) Fondun İdarə Heyətinin sədri Dr. Erdal Özcenk, Şərqi Ağdəniz Universitetinin rektoru professor Dr. Həsən Kılıç, Şimali Kipr Türk Cümhuriyyəti Prezidentinin siyasi məsələlər üzrə müşaviri və DAÜ Vəqfi İdarə Heyətinin üzvü Anıl Kaya Azərbaycana səfər edib.

Bugun.tv  xəbər verir ki, işgüzar səfərin əsas məqsədi Şimali Kipr Türk Cümhuriyyəti Şərqi Ağdəniz Universitetinin Azərbaycan universitetləri ilə əlaqələr qurması, tələbə mübadiləsi və Azərbaycandan olan tələbələrin ŞKTC-də təhsil alması üçün əməkdaşlığın əldə edilməsidir.

Heyət ŞKTC və Azərbaycan arasında təhsil sektorunun inkişafında dəyərli tərəfdaşlıqların qurulmasının təmin edilməsi məqsədi ilə ölkəmizdə fəaliyyət göstərən bir sıra təhsil qurumlarında görüşlər keçirəcək. Eyni zamanda ortaq layihələrlə təhsil keyfiyyətinin artmasına zəmin yaradılması üçün müəyyən tədbirlərin görüləcəyi də istisna edilmir.

Mənbə: Ulusal.Az

Aynur Camal

Oxşar xəbərlər

NATO-nun baş katibi Zelenskini təşkilatın iyulda keçiriləcək sammitinə dəvət etdi

Nigar Məmmədova

Şevkət Mirziyoyev Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik etdi

Nigar Məmmədova

İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak edib- YENİLƏNİB- VİDEO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu