21 C
Baku
11 İyun 2025, 3:51
Sosial

Türkiyədə Azərbaycanla bağlı kitab nəşr olundu

Türkiyədə Azərbaycanın Türk dünyasındakı yeri və əhəmiyyəti ilə bağlı yeni kitab yayımlanıb.

Bugun.tv xəbər verir ki, kitab İbn Haldun universiteti tərəfindən nəşr olunub.

“Türk dünyası araştırmaları: Azerbaycan” adlı kitab Yaşar Sarı və Ömer Faruk Karaman tərəfindən qələmə alınıb. Kitabın ön sözünün müəllifi isə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri, Dr. Alptekin Cihangir İşbilirdir.

“Azərbaycan coğrafi mövqeyi, tarixi proseslər və mədəni kimliyi baxımından türk dünyası içərisində önəmli yerə sahibdir. Azərbaycan tarixi, mədəni, geosiyasi və strateji xüsusiyyətləri ilə türk dünyasında mərkəzi əhəmiyyətə malikdir. Azərbaycan ilə Türkiyə arasında münasibətlər təkcə dostluq deyil, həm də strateji, dərin və uzunmüddətli tərəfdaşlığa əsaslanır. Bundan əlavə, iki ölkənin əməkdaşlığı türk dünyasının inteqrasiyası və qlobal mənada daha effektiv rol oynaması baxımından çox dəyərlidir…” – kitabın özət hissəsində qeyd edilib.

“Türk Dünyası Araşdırmaları: Azərbaycan” kitabı Türk Dünyası Monitorinq Mərkəzinin təşəbbüsü ilə türk dövlətləri ilə bağlı dərin araşdırmalara yönəlmiş tədqiqat silsiləsinin ilk əsəridir. Bu tədqiqat Azərbaycanın tarix, siyasət, iqtisadiyyat, mədəniyyət və beynəlxalq münasibətlər sahələrində mövcud dinamikasını akademik nöqteyi-nəzərdən araşdırır.

Öz sahələrində mütəxəssis olan gənc tədqiqatçılar tərəfindən hazırlanmış fəsillər II. Qarabağ müharibəsindən tutmuş enerji siyasətinə və ictimai diplomatiyaya qədər geniş spektri əhatə edən çoxölçülü sahələrdə Azərbaycanı aydın şəkildə təhlil edir. Kitab təkcə akademik dairələr üçün deyil, Türk dünyası ilə maraqlanan bütün oxucular üçün dəyərli istinad mənbəyidir.

Mənbə: Avrasiya.Net

Aynur Camal

Oxşar xəbərlər

Mingəçevir Dövlət Universiteti Çində beynəlxalq forumda təmsil olunub

Aynur Camal

Azərbaycan Autizm Assosiasiyasında ilin yekun tədbiri keçirilib.

Şükufə Ramizqızı

Uşaqlara qarşı seksual xarakterli zorakılıq hərəkətlərinə görə cəzalar sərtləşdirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu