8 C
Baku
21 Dekabr 2025, 22:01
Baş xəbər

Türkiyədə azərbaycanlıların soyqırımı və erməni soyqırımı yalanları müzakirə olunub

Bugun.tv xəbər verir ki, paytaxt Ankarada “31 Mart 1918-ci il – Dünya Azərbaycanlılarının Soyqırımı günü” və “24 aprel 1915-ci il – erməni soyqırımı yalanı” adlı tədbir keçirilib.
Tədbirə səfirlik və nazirliyin nümayəndələri, millət vəkilləri, hüquqşünas və yazarlar da qatılıblar.
Çıxış edən Azaflı Sosyal Yardım və Kültür Dərnəyinin və Türk Dünyası Kültür Mərkəzinin rəhbəri vəkil Arzuman Azaflı iştirakçıları proqramın qonaqları ilə tanış edib.
Sonra professor, doktor Kahramanmaraş Sütçü Universitetinin Siyasət elmi və beynəlxalq əlaqələr bölümünün rəhbəri Toğrul İsmayılla doktor, Ankara Universitetinin hüquq fakültəsinin professoru, yazıçı Cavid Abdullahzadə çıxış ediblər. Faktlar əsasında azərbaycanlılara qarşı törədilən soqırımından danışılıb, ermənilərin 24 aprel – qondarma soyqırımı yalanları müzakirə olunub. Ermənilərin tarix boyu türklərə, azərbaycanlılara qarşı xain və məkirli xislətinin 30 il öncə də Xocalı soqırımı ilə bir daha təsdiqini tapdığı qonaqların diqqətinə çatdırılıb.

Sonra Azaflı Plazada iştirakçılara iftar süfrəsi verilib.Qeyd edək ki, hər ayın ilk cümə günü Azaflı Sosyal Yardım və Kültür Dərnəyində müxtəlif məzmunlu tədbirlər keçirilir. Azərbaycan və Türkiyə qardaşlığına dayanan mədəniyyət, adət və ənənələrimizi bütün dünyaya tanıtmaq məqsədli bayram və xüsusi günlər təşkil olunur.

Bugün TV

Oxşar xəbərlər

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Bugün TV

Azərbaycan İrana nota verdi

Aynur Camal

Baş verən zəlzələlərdən sonr 2 binaya baxış keçirildi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu