17 C
Baku
10 İyun 2025, 5:09
Baş xəbər

Türkiyədə baş vermiş zəlzələnin qurbanları Odessada yaşayan soydaşlarımız tərəfindən anıldı

“Bu gün “Birlik” diaspora təşkilatı olaraq tələbələrimizə birgə Türkiyə cümhuriyyəti Odessa konsulluğunu ziyarət etdik.

Odessada yaşayan azərbaycanlılar adından qardaş Türkiyə xalqına baş verən zəlzələ faciəsi ilə əlaqədar başsağlıqlarımızı baş konsul Birey Yilmazsoy bəyə catdırdıq. Cənab konsul təşəkkürlərini bildirdi və “hər zaman olduğu kimi ziyarətə ilk siz gəldiniz” söylədi. Konsulluqda olduğumuz müddətdə şəhər sakinlərinin də ziyarətinin və binanın hasarına güllər düzüldüyünün şahidi olduq.

Birey bəy açıqlamasında sabahdan xalq və digər diplomatik nümayəndəliklər üçün konsulluqda xatirə dəftərinin açılacağını söylədi.

Bundan başqa cənab konsul vurğuladı ki, dövlət başçısı Volodimir Zelenskinin göstərişi ilə hazırda Ukrayna xilasedicilər və tibbi dəstək qrupu Türkiyəyə dəstəyə getməyə hazırdır və bizimlə görüşdən sonra onların yola salınmasında iştirak edəcək”.

Bu sözləri Bugun.tv -yə açıqlamasında “Birlik” Odessa azərbaycanlıları diaspor təşkilatının sədr müavini Anar Natiqoğlu deyib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Məscidə basqın edildi: 5 şəhid

İntizar Əmirova

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi – FOTO

Aynur Camal

“Bakı yenidən dünyanın şahmat paytaxtına çevriləcək”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu