CNN Türk telekanalının siyasi icmalçısı Siyamend Kaçmaz Rusiya Prezidenti Vladimir Putinin Qərb ölkələrinə diplomatik dərs verdiyini bildirib. Onun sözlərinə görə, Rusiya liderinin dondurulmuş Rusiya aktivləri ilə bağlı irəli sürdüyü təşəbbüs Qərb üçün mühüm diplomatik mesaj daşıyır.
Kaçmaz qeyd edib ki, Vladimir Putin Qərb ölkələrinə Moskvanın diplomatik çevikliyini nümayiş etdirərək, dondurulmuş Rusiya aktivlərinin ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılmış “Sülh Şurası”na yönləndirilməsi ilə bağlı təşəbbüs irəli sürüb. Analitikin fikrincə, bu addım Qərbin “yox” deyə bilmədiyi strateji gediş olub.
CNN Türk icmalçısı vurğulayıb ki, Rusiya dondurulmuş və birbaşa istifadə edə bilmədiyi maliyyə vəsaitlərini beynəlxalq danışıqlarda təsirli alətə çevirməyə nail olub. Bu yanaşma Moskvanın həssas bir məsələni qlobal siyasi gündəmin tərkib hissəsinə daxil etməsinə imkan verib.
Kaçmaz əlavə edib ki, Rusiya lideri bu təşəbbüsü diplomatik çevikliyin açıq nümayişinə çevirərək Qərbə mühüm mesaj göndərib.
Mənbə: mail.ru
