27 C
Baku
28 İyun 2025, 11:24
Baş xəbərDünya

Türkiyədə Sarıqamış şəhidlərinin xatirəsi anılır

Türkiyədə Sarıqamış şəhidlərinin xatirəsini yad etmək üçün müxtəlif tədbirlər təşkil olunub.

Bugun.tv xəbər verir ki, anım mərasimləri çərçivəsində yürüş keçirilib. Yürüşdə hökumət nümayəndələri, yerli hakimiyyət orqanlarının rəhbərləri, eləcə də ölkənin müxtəlif bölgələrindən gəlmiş minlərlə ziyarətçi iştirak edib.

Sonra tədbir iştirakçıları Yuxarı Sarıqamış Şəhidlər Xiyabanını ziyarət ediblər. Ay-Ulduz Təpə bölgəsində toplaşan izdiham 109 il əvvəl baş verən faciənin qurbanlarını ehtiramla anıb. Tədbirə Türkiyənin gənclik və idman naziri Osman Aşkın Bak, ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş, Qars valisi Ziya Polat, Sarıqamış kaymakamı Enis Aslantatar ilə yanaşı, çox sayda siyasətçi və məmur qatılıb.

Sarıqamış şəhidlərinin xatirəsi Türkiyənin müxtəlif bölgələrində fərqli formalarda anılır. Qızılçubuk bölgəsində bu məqsədilə ilk dəfə qardan heykəllər hazırlanıb. Heykəllər vasitəsilə Sarıqamış hərəkatı canlandırılıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi Sarıqamış şəhidlərin xatirəsinə həsr olunmuş xüsusi videoçarx hazırlayıb. Ölkənin bütün məscidlərdə şəhidlərin ruhuna dualar oxunub.

İntizar Əmirova

Oxşar xəbərlər

İki ailə arasında çıxan döyüşdə 17 adam nəzarətə alındı

Kəmalə Sultan

Siçanların yaydığı xəstəlik 4 nəfəri öldürdü! Davalar artır

İntizar Əmirova

“Azərişıq” əməkdaşları 24 saat fəaliyyətdədir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu