19 C
Baku
28 Oktyabr 2025, 8:51
Baş xəbərDünya

Türkiyədə terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 208 nəfər saxlanıldı

Türkiyədə növbəti “Qəhrəmanlar” əməliyyatı zamanı terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 208 nəfər saxlanılıb.

Bugun.tv xəbər verir ki, 36-cı “Qəhrəmanlar” əməliyyatı İstanbul və Ankara başda olmaqla, ölkənin 32 vilayətində keçirilib.

Əməliyyat nəticəsində terror təşkilatına təşkilata üzv olmaq, terrorçuluq fəaliyyətlərində iştirak, sosial media vasitəsilə terrorun təbliği, təşkilata maddi dəstək göstərmək kimi cinayətlərdə şübhəli bilinən 208 nəfər saxlanılıb.

Terror təşkilatlarına qarşı daha bir əməliyyat Türkiyənin Milli Kəşfiyyat Agentliyi tərəfindən keçirilib. Əməliyyatın gedişində PKK/KCK terror təşkilatının İraqın Süleymaniyyə şəhərindən məsul üzvü “Bahoz Zagros” kod adlı Mehmet Şefa Akman zərərsizləşdirilib. Onun Türkiyəyə qarşı terror planı hazırladığı müəyyən edilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Ekran vaxtı uşaqlara faydalı ola bilər

Aynur Camal

“NATO hər bir düşmənlə qarşılaşmağa hazırdır”

Aynur Camal

Qəzzada insanlığı utandıran görüntü!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu