28 C
Baku
10 Sentyabr 2025, 15:06
Baş xəbərHadisə

Türkiyədə terrorla əlaqədar 9 nəfər saxlanılıb, 2 şirkətdə araşdırma aparılır

Bugun.tv xəbər verir ki, Türkiyənin Mersin və Qaziantep bölgələrində keçirilən antiterror əməliyyatı nəticəsində İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 9 nəfər saxlanılıb, 2 şirkət haqqında məlumatlar aşkarlanıb.

“TRTHaber”-in məlumatına görə, bu barədə əyalətin Jandarm Komandanlığı açıqlama yayıb.

Komandanlığın açıqlamasına görə, terror təşkilatlarının fəaliyyətlərinin deşifrə edilməsi, maliyyə mənbələrinin müəyyənləşdirilməsi istiqamətində aparılan araşdırmalar çərçivəsində 9 şübhəlinin şəxsiyyəti, pul toplama və təminatla məşğul olan 2 şirkətin məlumatı üzə çıxıb.

Maliyyə Cinayətləri İstintaq Şurasının (MASAK) şübhəlilər və şirkət haqqında hazırladığı hesabatda təxminən 1 milyon 200 min lirəlik “şübhəli pul köçürməsi”nin həyata keçirildiyi müəyyən edilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Son 24 saatda 463 hadisə! Onlarla insan həyatını itirdi

Aynur Camal

Naxçıvan “ASAN xidmət” mərkəzinin açılışı olub – FOTO

Aynur Camal

“Xocalı soyqırımı bəşəriyyət üçün utanc vericidir”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu