9 C
Baku
23 Dekabr 2024, 4:23
Baş xəbər

Türkiyədə zəlzələdə 4 Azərbaycan vətəndaşı həlak olub

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermis dağıdıcı zəlzələdə zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının təxliyə prosesi davam edir.

Bugun.tv xəbər verir ki, bu barədə mediaya  XİN-dən bildirilib.

8 fevral 2023-cü il tarixində 190 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları Qaziantep, Kahramanmaraş, Adana və Hatay vilayətlərindən yola çıxan avtobuslarla Azərbaycana yola salınıb. Zəlzələ baş verən gündən etibarən indiyə qədər ümumilikdə 9 avtobusla 395 nəfər Azərbaycana yola salınıb. Bunlardan 183 nəfər artıq Azərbaycan ərazisindədir.

Əlavə olaraq, Qaziantep və Adanadan çıxacaq avtobuslarla vətəndaşlarımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir.

Bu günə qədər 4 nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bünyatova Nailə Aydın qızı, 1973-cü il təvəllüdlü Məmmədova (Ökten) Rəna Xudaverdi qızı, 1975-ci il təvəllüdlü Məmmədova Sevinc Eldar qızı və 1976-cı il təvəllüdlü Karlı Leyla Vahid qızının vəfatı barədə məlumat mövcuddur. Vəfat edən şəxslərin yaxınları ilə əlaqə saxlanılıb. Karlı Leyla Vahid qızının cənazəsi ailəsi tərəfindən Türkiyədə dəfn ediləcək, digər 3 nəfərin cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

Allah rəhmət eləsin!

 

Nigar Məmmədova

Oxşar xəbərlər

Sərnişin avtobusu ilə yüngül ticari avtomobil toqquşub

Bugün TV

Gimnastlarımız beynəlxalq turniri üç medalla başa vurdular

Aynur Camal

Həm havanı təmizləyən, həm də elektrik enerjisi istehsal edən süni zavod

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu