6 C
Baku
22 Fevral 2026, 22:05
Digər

Türkiyədəki yataqlarda ilk dəfə yerli qazma avadanlıqlarından istifadə olundu

Bugun.tv Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinə istinadla xəbər verir ki, yerli şirkətlərin və universitetlərin birgə səyləri nəticəsində “Seyit Onbaşı” və “Naim Süleymanoğlu” adlı ilk iki yerli qazma qurğusu hazırlanıb. Belə ki, 43,2 metr hündürlüyündə qurğuların qazma dərinliyi 5 min metrə qədərdir. Onlardan biri artıq Şırnak vilayətinin Silopi rayonunda, ikincisi isə həmin cənub-şərq əyalətində, Qabar dağı ərazisində istehsalatda istifadə olunur. Energetika Nazirliyi yerli qazma qurğularından istifadəni “idxal avadanlığının əvəz edilməsi Konsepsiyasının həyata keçirilməsinin bariz nümunəsi” adlandırıb. “Bizim əsas məqsədimiz enerji sektorunda tamamilə müstəqil Türkiyədir”, -deyə nazirlik vurğulayır.

Bugün TV

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu