Türkiyənin mərkəzi hissəsində 4,8 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar saat 7:18-də Türkiyədə irimiqyaslı zəlzələnin episentri olan Kahramanmaraş şəhərindən 44 km cənub-qərbdə qeydə alınıb. Mənbə 10 km dərinlikdə olub.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə güclü zəlzələ baş verib. Son məlumatlara görə, respublikada 12 873 nəfər təbii fəlakətin qurbanı olub, 62 937 nəfər xəsarət alıb. Prezident Rəcəb Tayyib Ərdoğan bu fəlakəti 1939-cu ildən bəri ən güclü fəlakət adlandırıb, ölkədə 7 günlük milli matəm elan edib, təbii fəlakətdən zərər çəkmiş 10 əyalətdə 90 günlük fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Daha əvvəl Türkiyənin Şanlıurfa vilayətində axtarış-xilasetmə əməliyyatlarının başa çatdığı bildirilib.
