8 C
Baku
22 Dekabr 2025, 0:57
DünyaSiyasət

Türkiyənin Mersin şəhərində mitinq keçirilib

“Aday belli, karar net” – “Namizəd bəlli, qərar dəqiq” şüarı ilə Rəcəb Tayyib Ərdoğana dəstək olduqlarını göstərən mitinq Milliyətçi Hərəkat Partiyası tərəfindən təşkil edilib. Partiya sədri Devlet Baxçeli çıxış edərək, tədbirə gələnləri salamlayıb, böyük ehtiramını bildirib.
Bugun.tv xəbər verir ki, aksiyaya yerli sakinlərlə yanaşı, yaxın şəhərlərdən partiya üzvləri və digər dəstəkçi təşkilatlar da qatılıblar. Onların arasında “Adana Ülkü Ocakları”nın kollektivi də olub.
Təşkilatın sədr müavini Onur Sağbaş Bugun.tv-yə müsahibəsində insanların çoxluq təşkil etdiyi mitinqin çox möhtəşəm və coşqu ilə keçdiyini deyib. 2023-cü ildə namizədliyini irəli sürdükləri R.T.Ərdoğanı Türkiyənin prezidenti görmək istədiklərini bildirib. “Adana Ülkü Ocakları”ı olaraq bu mitinqə kütləvi olaraq qatıldıqlarını vurğulayıb.

Bugün TV

Oxşar xəbərlər

Son dəqiqə | Parisdə dəhşətli partlayış!

Aynur Camal

Ermənistanın KTMT-də iştirakını dondurmasına Rusiya reaksiya verdi

Bugün TV

Rusiya Xarkov vilayətinə yeni hücum dalğasına başladı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu