Digər

“Salomon Cappadocia Ultra-Trail” marafonu BMT-nin nüfuzlu mükafatına layiq görülüb

Bugun.tv- yə daxil olan məlumata görə, Türkiyənin Kapadokya bölgəsində keçirilən “Salomon Cappadocia Ultra-Trail” marafonu BMT Turizm Təşkilatı və Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən təsis edilən “Dayanıqlı İdman Turizmi üzrə Mükəmməllik Mükafatları”nda qalib olub. Yarış “İdman Turizmində İcma Təsiri” kateqoriyasında yüksək qiymətləndirilib.

Son 12 ildə Kapadokyada təşkil olunan və hər il minlərlə idmançını bir araya gətirən marafon bölgənin həm idman, həm də turizm potensialının artırılmasında mühüm rol oynayır. Tədbir dayanıqlı inkişaf prinsiplərinə uyğunluğu, yerli icmaya verdiyi töhfə və ətraf mühitə həssas yanaşması ilə seçilir.

Mükafatlandırma mərasimi martın 19-da İspaniyanın Madrid şəhərində, ABB Formula E FIA Dünya Çempionatı çərçivəsində təşkil olunub. Tədbirdə dayanıqlı turizmin inkişafına töhfə verən layihələr mükafatlandırılıb və beynəlxalq əməkdaşlıq imkanları müzakirə edilib.

Kapadokyanın UNESCO Dünya İrsi siyahısına daxil olan Göreme Açıq Hava Muzeyi və unikal təbii formaları yarışın keçirildiyi əsas məkanlardan biridir. Gələcəkdə də bu yarışın regiona turist axınını artıracağı və Türkiyənin idman turizmi sahəsində mövqeyini gücləndirəcəyi bildirilir.

Aynur Camal

Oxşar xəbərlər

İntensiv yağışlarla əlaqədar ADSEA gücləndirilmiş iş rejimində çalışır

Aynur Camal

“Bilirdinizmi?” – İnsan beyni gecələr daha aktiv işləyir

Aynur Camal

BƏƏ-nin Şarika şəhərində güclü yağışlar selə səbəb oldu: avtomobillər su altında qaldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu