12 C
Baku
21 Fevral 2026, 17:41
Digər

“Türkiyə–Azərbaycan birliyi mənəvi əhəmiyyətə malikdir”

Türkiyə–Azərbaycan birliyinin əhəmiyyəti Türk dünyasının bütövlüyü üçün də mənəvi əhəmiyyətə malikdir.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü və 29 Oktyabr Türkiyə Respublikasının Cümhuriyyət Günü­nə həsr olunmuş “Azərbaycan və Türkiyə: tarixi əlaqələr, yeni qlobal çağırışlar” mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa Bəyannaməsini yol xəritəsi kimi qiymətləndirdiyini vurğulayıb:

“Bu bəyannamə Azərbaycan və Türkiyə arasında imzalanmış və içərisində müttəfiqlik sözünün əks olunduğu ilk sənəddir. Tarixdə mövcud olan Türk dövlətləri arasında heç vaxt Şuşa Bəyannaməsi qədər bütün məsələləri özündə əks etdirən bir sənəd imzalanmayıb. Türkiyə-Azərbaycan birliyinin cazibədarlığı Türk dünyasının bütövlüyü üçün də mənəvi əhəmiyyətə malikdir. Bu münasibətlər Türk dünyasının mənəvi, siyasi, mədəni münasibətlərinin lokomotividir”.

Cahangir İşbilirin sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında çoxvektorlu əməkdaşlığı bu bəyannamə daha da dərinləşdirir.

“Kahramanmaraşda Azərbaycan məhəlləsinin açılışına gedən Azərbaycan prezidentini orada insanlar Qarabağ Fatehi deyə qarşıladılar. Azərbaycan və Türkiyə mediasında bu məsələ həmin vaxt gündəm oldu. Yəni önəmli məsələlərin cəmiyyətin bütün təbəqələrinə ötürülməsi çox vacibdir. Şuşa Bəyannaməsi də iki ölkə arasındakı münasibətlər baxımından həmin önəmli məsələlərdəndir. Şuşa Bəyannaməsinin simvollarını çox yaxşı tanıtmaq lazımdır. Ümumiyyətlə, Türkiyədə Azərbaycanla bağlı məlumatlılığı mütləq artırmaq lazımdır. Buna ehtiyac var”, – o vurğulayıb.

Mənbə: Fuyuzat.Az

Aynur Camal

Oxşar xəbərlər

Yaponiyada su sistemi üçün bələdiyyəyə 21 kiloqram “gizli” qızıl ianə edilib

Aynur Camal

Trampdan AF məsələsi ilə bağlı sərt açıqlama: Netanyahu üçün İsrail Prezidenti Herzog’a tənqid

Aynur Camal

İranda siyasi-iqtisadi böhran dərinləşir..

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu