27 C
Baku
10 İyun 2025, 10:14
Dünyaİqtisadiyyat

Türkiyə Cümhuriyyəti özünün 100-cü il dönümünə daha iddialı şəkildə qədəm qoyur” – ARAŞDIRMA

“2020-ci ilin may ayının son günlərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Fatih” kəşfiyyat gəmisi Qara dənizdə fəaliyyət sahəsinə yola salındı. Yolasalma mərasimindən servis edilən fotolardan biri xüsusi diqqət çəkirdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gəminin arxası ilə böyük ümidlərlə əl edirdi”.

Politoloq Aqil Məmmədov Türkiyənin iqtisadi vəziyyəti ilə bağlı Bugun.tv-yə danışıb. Onun sözlərinə görə, gəminin yolasalma mərasimindən cəmi 84 gün sonra şərti olaraq “Tuna-1” adlandırılan quyudan 320 mlrd kub metr ehtiyata malik qaz yatağının kəşf edildiyi açıqlandı. Daha sonra həm Türkiyənin yerli mütəxəssisləri, eyni zamanda DeGolyer & MacNaughton müstəqil araşdırma qrupunun dəyərləndirilməsi ilə toplam ehtiyat həcmi 710 mlrd kub metr olaraq bəyan edildi.
“Son 3 il ərzində həyata keçirilən fasiləsiz işin nəticəsində artıq yaxın günlərdə Qara dəniz qazının ümumi şəbəkəyə qoşulması həyata keçiriləcək. Beləliklə “Faza-1” çərçivəsində hasil edilən günlük 10 mln kub metr qaz Türkiyə iqtisadiyyatına toplam 35 milyard lirə və ya 3 mlrd 70 mln manat fayda verəcəyi gözlənilir. Qara dənizdən hasil edilən qazın prezident seçkilərinə qədər ev təssərüfatlarına verilməsi planlaşdırılır. Bu seçki öncəsi hakim AKP-nin mövqelərinin güclənməsinə müsbət təsir edəcək”.
A.Məmmədov onu da qeyd edib ki, gündəlik 10 milyon kub metr qaz Türkiyənin toplam illik istehlakının 5%-ni daxili imkanlarla qarşılmağa şərait yaradacaq. Bununda ölkə iqtisadiyyatına bir başa və dolayı təsirləri olacaq. “Faza-2” və “Faza-3” üzrə işlərin icra edilməsi gündəlik hasilatın 60 milyon kub metrə qədər artırmağa imkan verəcək.
“Türkiyənin illik qaz idxalı 60 milyard kub metrə bərabərdir, Qara dəniz qazı bu idxalı əhəmiyyətli dərəcədə azaltmaq üçün kifayət deyil, ancaq bu yeni uğurlar üçün yaxşı başlanğıc ola bilər. Daxili hasilatın olması milyonlarla dollar idxal üçün yönəldilən vəsaitin digər iqtisadi layihələrə yönəltməyə imkan verəcək. Beləliklə, Türkiyə Cümhuriyyəti özünün 100-cü il dönümünə daha iddialı şəkildə qədəm qoyur. Türkiyənin kosmik sənaye, avtomobil, enerji və hərbi sahədə iddialı layihələri, həmçinin türk dövlətlərinin də güclənməsinə müsbət stimul verəcək”,- politoloq əlavə edib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Balinalar gözləniləndən iki dəfə çox yaşaya bilər

Aynur Camal

Xarici tələbələrlə Qırğızıstan qrupları toqquşdu: Çoxlu ölü və yaralı var!

İntizar Əmirova

Zooparkda canavarların hücumuna məruz qalan qadın həyat mübarizəsi aparır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu