11 C
Baku
26 Mart 2026, 21:48
Digər

Türkiyə Cümhuriyyətinin 100 illiyi qeyd olunacaq

Bugun.tv xəbər verir ki, mayın 5-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçiriləcək. “Respublikanın 100-cü il dönümündə ergenekondan çıxış” adlı mərasimə səfirlik və nazirliyin nümayəndələri, millət vəkilləri, hüquqşünaslar, yazarlar və tələbələr qatılacaqlar.

Tədbirin açılışını Azaflı Sosial Yardım və Mədəniyyət Dərnəyinin və Türk Dünyası Kültür Mərkəzinin rəhbəri, vəkil Arzuman Azaflı edəcək.

Sonra professor, doktor Ankara Universitetinin Dil və tarix, Coğrafiya fakültəsi, tarix bölümü, türk tarixi və türk dünyası araşdırmaçısı Abdullah Gündoğdu, doktor Babək Şahit, tarix üzrə doktor ,Təbriz Araşdırmaları İnstitutu – TEBAREN-nin sədr köməkçisi, “Varlıq” jurnalının yazarlar təşkilatının üzvü   çıxış edəcək.

Proqramın davamında Türk Musiqiləri Ritm Qrupu əsərlər səsləndirəcək.

Tədbirin sonunda Türk Dünyası Mədəniyyət Mərkəzinin və Azaflı Sosial Yardım və Mədəniyyət  Dərnəyinin rəhbəri Arzuman Azaflı qonaqlara təşəkkür sertifikatı və “Xarı Bülbül” plaketi ilə nişanını hədiyyə edəcəkdir.

Tədbirdə, həmçinin 3 May 1944 -cü ildə qəbul olunan “Türkçülük Günü”, “19 may – Atatürkü anım günü”, “Gənclik və İdman Bayramı”da qeyd olunacaq.

Kəmalə Sultan

Oxşar xəbərlər

Yaponiya Hörmüz boğazına hərbçi göndərə bilər – şərt açıqlanıb

Aynur Camal

“Məktəbə endirilən zərbə ABŞ istehsalı “Tomahawk” raketi ilə həyata keçirilib”

Aynur Camal

İsrail ordusu Livanın cənubundakı 6 yaşayış məntəqəsinə hücumla hədələdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu