“Türkiyə hava məkanının aprelin 3-dən etibarən, İraq Süleymaniyyə Beynəlxalq Hava Limanından eniş və qalxma üçün istifadə ediləcək təyyarələrə uçuşu bağlayıb”.
Bugun.tv xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bilgiç bildirib.
O, sözügedən qərarın, PKK terror təşkilatının Süleymaniyyədəki fəaliyyətlərinin intensivləşdirməsi, onların hava limanına daxil olması və bununla da uçuş təhlükəsizliyini təhdid etməsi səbəbində verildiyini açıqlayıb.
“Qərarın iyul ayına qədər qüvvədə olması gözlənilir. Bu müddətdə vəziyyət yaxından izləniləcək, nəzərdən keçiriləcək”,- deyə T.Bilgiç əlavə edib.
Mənbə: Trt Haber
