11 C
Baku
13 Mart 2026, 16:26
Siyasət

Türkiyə seçkilərdən sonra Putinin səfərinə ümid etdildiyi bildirildi

Bugun.tv xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri hər iki ölkədə keçiriləcək seçkilərdən dərhal sonra baş tutacaq. RİA Novosti xəbər verir ki, bu ümidi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın administrasiyasındakı mənbə bildirib.

“Səfər hazırlanır, hələlik konkret tarixlər yoxdur”, – administrasiyadan aydınlıq gəlib.

Qeyd olunur ki, Rusiyada prezident seçkiləri martın 15-17-nə təyin edilib. Martın 31-də Türkiyədə yerli hakimiyyət orqanlarına seçkilər keçiriləcək.

Rusiya liderinin Türkiyəyə səfəri fevralda baş tutmalı idi. Putin həmçinin Ərdoğanla danışıqlar aparmalı idi. Danışıqlar zamanı ikitərəfli münasibətlər, Ukrayna, Qəzza zolağındakı vəziyyət, eləcə də qaz qovşağının yol xəritəsinin müzakirəsi planlaşdırılırılıb.

Bundan əvvəl iki prezidentin görüşünün təxirə salınmasının səbəbi məlum olub. Putinin Türkiyəyə səfərinin Rusiyada keçiriləcək prezident seçkilərinin təqvimi ilə əlaqədar təxirə salındığı dəqiqləşdirilib.

Mənbə lenta.ru 

Müxbir Qaytən Qasımzadə

Bugün TV

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Pezeşkian Əliyevə: Naxçıvana hücumun İranla əlaqəsi yoxdur

Aynur Camal

İran müharibəsi fonunda neftin qiyməti 110 dolları keçdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu