Böyük Britaniyada yerləşən “The Economist”in xəbərinə görə, prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Somalidə başlanan Türk Kosmos layihəsi təkcə kosmik layihələr üçün deyil, həm də raket sınaqları üçün istifadə olunacaq. Türkiyə kosmos tədqiqatları və müdafiə sahəsində sürətlə yüksəlir.
Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin kosmos proqramı böyük sürət qazanıb.
2021-ci ildə elan edilən onillik kosmik plan yerli peyk istehsalından tutmuş Aya enişə qədər bir çox hədəfləri əhatə edir. Türkiyə kosmos tədqiqatları və müdafiə sahəsində sürətlə yüksəlir.
Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin kosmos proqramı böyük sürət qazanıb.
2021-ci ildə elan edilən onillik kosmik plan yerli peyk istehsalından tutmuş Aya enişə qədər bir çox hədəfləri əhatə edir. Türkiyənin ilk astronavtı Alper Gezeravcı 2024-cü ilin yanvarında Falcon 9 raketi ilə kosmosa çıxanda “Gələcək səmalardadır” deyərək Türkiyənin kosmos baxışını simvolizə edən bir mesaj verdi.
Bu inkişaflardan sonra Türkiyə hər sahədə yüksələn gücünü göstərdi.
2018-ci ildə qurulan Türkiyə Kosmik Agentliyinin strukturu və prezident Ərdoğanın 2021-ci ildə açıqladığı on illik kosmos proqramı dünya tərəfindən yaxından izlənilir.
Londonda yerləşən “The Economist” Türkiyənin kosmosa yatırdığı sərmayələri və Somalidə inşa etdiyi Kosmos limanını yaxından qeyd edib.
“İster inanın, istər inanmayın, prezident inqilabi layihə hazırlayır” başlıqlı xəbərə görə, Türkiyənin kosmos tədqiqatlarına yatırdığı sərmayədə ciddi artım var.
2013-cü ildə 4,7 milyon dollar olaraq təyin olunan kosmos araşdırmaları büdcəsi 2025-ci ildə 140 milyon dollara yüksələcək.
Türkiyənin müdafiə sənayesinin əhəmiyyətli bir hissəsinə çevrilən kosmos layihələri bu investisiyalarla böyük sürət qazandı.
Qəzet Türkiyənin Somalidə başlatdığı Kosmik Liman Layihəsinə də toxunub.
Xəbərdə Türkiyənin Somalidə başlatdığı kosmodrom layihəsinin dəyərinin 350 milyon dollara çatacağı və bu limanın təkcə kosmik layihələr üçün deyil, həm də raket sınaqları üçün istifadə ediləcəyi qeyd edilib.
ƏRDOĞANIN İNVESTİSİYALARI VƏ LAYİHƏLƏRİ DİQQƏT ÇƏKİR
Kosmos sahəsindəki bu addımları ilə Türkiyə təkcə kosmik tədqiqatlarda deyil, müdafiə sənayesində də qlobal oyunçu olmağı hədəfləyir.
Xəbərdə Ərdoğanın kosmos layihələrinin müdafiə sahəsində təkcə prestij deyil, həm də strateji üstünlük yaratmağı hədəflədiyi vurğulanıb və hökumətin bu layihələrə yatırdığı sərmayələr də ön plana çıxıb.
Mənbə: EnSonHaber