Baş xəbərDünya

“Türkiyə-Suriya danışıqları sabitlik üçün vacibdir”

Bugun.tv xəbər verir ki, Türkiyə ilə Suriya arasında normallaşma danışıqları davam edir. Moskvanın verdiyi açıqlamada iki ölkə arasında münasibətlərin normallaşması baxımından yaxşı nəticələrin əldə edildiyi bildirilib. Bunun regional sabitliyə və Suriyadakı vəziyyətin həllinə töhfə verəcəyi vurğulanıb.

Danışıqlarda Rusiya və İranın da iştirak etdiyi bir vaxtda Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məsələni dəyərləndirib. Zaxarova Türkiyə-Suriya münasibətlərinin normallaşması üçün aparılan danışıqları bölgədə sabitliyin mühüm elementi kimi gördüklərini bildirib. Ankara-Dəməşq münasibətlərinin yaxşılaşdırılması üçün Türkiyə, Suriya, İran və Rusiya arasında keçirilən 4 formatlı görüşləri xatırladıb. “Bölgədə sabitlik üçün vacib olan Türkiyə-Suriya münasibətlərinin normallaşması baxımından yaxşı nəticələr əldə edilib. Biz Türkiyə-Suriya danışıqlarını regionda sabitliyin mühüm elementi və Suriyadakı vəziyyətin həllində mühüm amil kimi görürük”, – M.Zaxarova vurğulayıb.

Mənbə: Ensonhaber

Bugün TV

Oxşar xəbərlər

Ekspert Əbu-Dabi danışıqlarından müsbət nəticə gözləmir

Aynur Camal

Səhra milyonlarla çiçəklə örtüldü – 30 ilin ən möhtəşəm mənzərəsi yarandı

Aynur Camal

Avropa İttifaqı Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu