7 C
Baku
21 Dekabr 2025, 12:51
Baş xəbər

Türkiyədə baş verən dağıdıcı zəlzələlər nəticəsində ölənlərin sayı 45 mini keçdi

Bugun.tv türk mediasına istinadən bildirir ki, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində ümumilikdə 45 089 nəfər ölüb.

Bu barədə Türkiyə Fövəladə Hallların İdarə olunması Agentliyi (AFAD)  məlumat yayıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin  cənub-şərqində yerləşən Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki güclü zəlzələ baş verib. Yeraltı təkanlar Suriya da daxil olmaqla, on əyaləti əhatə edib. Bazar ertəsi Türkiyənin cənub-şərqində 17 dəqiqəlik fasilə ilə 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib. Habertürk telekanalının məlumatına görə, Hatay vilayətinin Defne şəhərində dağıntılar qeydə alınıb. Yeraltı təkanlar Misir, İsrail, Kipr, Livan və Suriyada hiss olunub.

Bugün TV

Oxşar xəbərlər

Bu gün Fikrət Əmirovun anım günüdür

Aynur Camal

Alfa Romeo adını dəyişməyə məcbur oldu

Teymur Əziz

“Bu gün TV” Medianın İnkişafı Agentliyində qeydiyyatdan keçdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu