Bugun.tv xəbər verir ki, Türkiyənin Amasiya bölgəsində güclü fırtına qeyd alınıb. Çöldə qasırğaya tutulan vətəndaşlar çətin anlar yaşayıb. Bəzi iş yerləri və avtomobillər ziyan görüb.
Məlumatı Meteorologiya Ümumi Müdirliyi yayıb. Qurum sakinlərə xəbərdarlıq edib. Günorta saatlarında başlayan güclü fırtına kafenin qarşısındakı kabineti maşının üzərinə yıxıb.
Qasırğanın yaxın saatlarda leysan yağışı ilə əvəzlənəcəyi proqnozlaşdırılır. Gecə saatlarından başlayaraq şəhərin yuxarı rayonlarına qar yağacağı gözlənilir.
Mənbə: TRT Haber