13 C
Baku
15 Aprel 2026, 20:49
Digər

Türkiyənin mal və xidmət ixracının həcmi cari ildə 390 milyard dollara çata bilər

Bugun.tv xəbər verir ki, bu hədəfi Türkiyənin Ticarət Nazirliyi açıqlayıb. Nazirlik qeyd edib ki, əgər 2002-ci ildə Türkiyənin qlobal mal ixracında payı 0,55% idisə, bu gün həmin rəqəm 1,07% təşkil edir. Hesabat dövründə ölkənin qlobal xidmət ixracında payı 0,84%-dən 1,32%-ə yüksəlib. Ticarət Nazirliyi bildirib ki, 2002-ci ildən 2024-cü ilə qədər Türkiyənin ümumi ixrac həcmi 7 dəfə artıb. O xatırladıb ki, ötən ilin sonunda ölkədən mal və xidmətlərin ixracının həcmi tarixi maksimum həddə – 377 milyard dollara çatıb. Eyni zamanda, 2025-ci ilin yanvar-iyul aylarında Türkiyədən 156,4 milyard ABŞ dolları dəyərində mal və xidmətlər ixrac edilib.

Bugün TV

Oxşar xəbərlər

Qəzzalı ata 3 ildir dağıntılar altında qalan övladlarının izini axtarır

Aynur Camal

Siyasi ekspert: Rusiya xaricdə ordudan istifadə imkanlarını genişləndirir

Aynur Camal

“Meksikalıları hər səviyyədə müdafiə edəcəyik”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu