16 C
Baku
2 Noyabr 2025, 10:37
Hadisə

Türkiyəyə aid təyyarə Bakıya təcili eniş etdi

Türk Hava Yollarına məxsus İstanbul-Tokio reysini həyata keçirən təyyarə eniş edib. Buna səbəb sərnişinin səhhətinin qəfil pisləşməsi olub. Bununla  əlaqədar təyyarənin  kapitanı  Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bugun.tv xəbər verir ki, bu  barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Boeing 777 təyyarəsi yerli vaxtla saat 07:15-də Bakı hava limanına enib.

Sərnişinə tibbi yardım göstərilib, onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərara alınıb. Təyyarə saat 09:30-da Bakıdan Tokioya qalxıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

Təkrar emal fabrikində yanğın baş verdi

Bugün TV

Neft Daşlarında dalğanın hündürlüyü 2 metrə çatıb

Bugün TV

Bu sahillərində çimmək qadağandır

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu