20 C
Baku
28 İyun 2025, 2:55
Dünya

Türklər dənizlərin super gücü olacaq

ABŞ-da nəşr olunan “The National Interest” jurnalı “Türkiyə növbəti təyyarə gəmisi supergücüdürmü?” Başlığı ilə Türkiyənin son dövrlərdəki dəniz imkanlarına diqqət çəkdi. Müdafiə xəbərləri hazırlayan “The National Interest” jurnalında dərc olunan məqalədə TCG Anadolu-dan sonra inkişaf etdirilən ikinci təyyarə gəmisi ilə Türkiyənin dəniz qabiliyyəti müzakirə edilib.

Məqalədə bildirilib ki, çoxməqsədli amfibiya hücum gəmisi TCG Anadolu Türkiyə Hərbi Dəniz Qüvvələrinə qatıldıqdan sonra Türkiyə ikinci təyyarədaşıyan gəmisini inkişaf etdirərək dəniz imkanlarını artırıb.

Məqalədə TCG Anadolu-nun istismara verilməsindən sonra ikinci təyyarədaşıyıcı gəmisi üçün hazırlıqların davam etdiyi və TCG Anadolu-nun Türkiyənin dəniz muxtariyyətində daha bir addımı təmsil etdiyi bildirilib. Məqalədə TCG Anadolu-nun yüzdə 70-nin yerli istehsal olduğu və ikinci təyyarədaşıyıcının tamamilə yerli istehsal ediləcəyi və inşa ediləcəyi vurğulanıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın TCG Anadolu-nun “Türkiyə Yüzyılının təmsilçisi” olduğuna dair sözlərinə istinad edilən məqalədə bunlar qeyd edilib: “İnsanlı və pilotsuz uçuş aparatlarını dəstəkləmək üçün nəzərdə tutulan daşıyıcı əhəmiyyətli bir hava qanadı tutumuna sahib olacaq və qabaqcıl müdafiə sistemləri ilə təchiz olunacaq ki, bu da Türkiyənin dəniz gücünü və imkanlarını genişləndirmək əzmini vurğulayır”.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

ABŞ prezidenti Tramp: “Çinlə razılığa gəldik”

Aynur Camal

İsrail mətbuatı yazıb: ABŞ Türkiyəni əsas aktyor kimi görür

Aynur Camal

Eynşteynin Ruzveltə yazdığı məktub hərraca çıxarılacaq

Şükufə Ramizqızı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu