DünyaSiyasət

Türkmənistanın MSK-sı ölkədə keçirilən parlament seçkilərini legitim tanıyıb

Türkmənistanın Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə keçirilən parlament seçkilərini legitim tanıyıb.

Bugun.tv xəbər verir ki, bu barədə komissiyanın sədri Gülmurat Muradov  jurnalistlərə bildirib.

Rəsmi qeyd edib ki, Türkmənistanda qeydə alınmış 3 milyon 496 min 475 seçicidən 3 milyon 185 min 763 nəfər səs verib. Bu da seçicilərin 91,12 faizini təşkil edib. O, həmçinin bildirib ki, 13 078 nəfərin səs verəcəyi gözlənilən xaricdəki diplomatik nümayəndəliklərdəki seçki məntəqələrində səsvermə hələ də davam edir.

Yerli vaxtla saat 19:00-a olan məlumata görə, martın 26-da Türkmənistanda seçki məntəqələri bağlanarkən xaricdə 12 300 seçici səs verib.

Muradov vurğulayıb ki, komissiya 7 gün ərzində qanunvericiliyə uyğun olaraq yekun seçici fəallığını elan edəcək.

Türkmənistan Mərkəzi Seçki Komissiyasının sədr müavini Amangeldi Qandımov bildirib ki, respublika qanunvericiliyində seçicilərin iştirak həddi yoxdur.

Qeyd edək ki, 2018-ci ildə keçirilən son parlament seçkilərində vətəndaşların 91,75 faizi iştirak edib.

Mənbə: TASS

Bugün TV

Oxşar xəbərlər

İran dövlət televiziyası: İsrailə yeni raket hücumu dalğası başladılıb

Aynur Camal

Türkiyə Sierra Leonedə ana və uşaq sağlamlığı üçün xəstəxana inşa edəcək

Aynur Camal

Silah ehtiyatı həyəcanı: 50 milyard dollarlıq əlavə büdcə gündəmdə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu