33 C
Baku
20 İyul 2025, 18:32
Baş xəbərMaraqlı faktlar

Tutuquşuların tənhalığına çarə tapıldı

Bugun.tv xəbər verir ki, alimlər evdə tək olan tutuquşulara bir-birinə videozəng etməyi öyrədiblər.

Belə ki, videozəng etməyə icazə verilən tutuquşular özlərini daha yaxşı hiss ediblər. Bu zaman lələk təmizləmək, banlamaq və oynamaq kimi sosial davranışların daha çox sərgiləndiyi müəyyən edilib.

Bir çox tutuquşu növləri təbiətdə sürü halında yaşayır. Bununla belə, ev heyvanları tutuquşular adətən tək və ya kiçik bir qrupda yaşayırlar. Bu tənhalıq və cansıxıcılıq səbəbiylə quşlarda yellənmə, irəli-geri yerimə və ya tük qoparma kimi problemli davranışlar görülə bilər.

COVID-19 pandemiyasında bir çox insanın tənhalıq hissindən videozənglərlə qurtulduğunu bildirən araşdırma qrupu, tutuquşular üçün də bənzər bir həllin hazırlana biləcəyini görmək istəyib.

Şotlandiya və ABŞ-dan olan mütəxəssislər tutuquşular və onların sahiblərinə diqqət yetirən Parrot Kindergarten təlim proqramının iştirakçıları ilə razılaşdılar. Belə ki, sahiblərinin köməyi ilə 18 ev heyvanı tutuquşuya planşet ekranında başqa bir quşun şəklinə toxunaraq zəng çalmağı, daha sonra zəng vurmağı və gələn zənglərə cavab verməyi öyrədib.

Tədqiqat zamanı quşlar cəmi 147 çağırış atıblar. Sahiblər heyvanlarının davranışları haqqında qeydlər apararkən, elm adamları min saatdan çox görüntüləri təhlil etdilər. Tapıntılar videozəngin quşlar üçün faydalı ola biləcəyini göstərdi.

Məlum olub ki, tutuquşular daha çox başqa quşları axtaran tutuquşulara üstünlük verirlər.

Araşdırma qrupundan Dr. Cennifer Cunha bildirib ki, bütün iştirakçılar gələcəkdə sistemdən tutuquşuları ilə istifadə etməyə davam etmək istəyirlər.

“Fərqli davranışların diapazonu məni olduqca təəccübləndirdi. Bəziləri mahnı oxudu, bəziləri oynadı. Bəziləri oyuncaqlarını başqa bir quşa göstərmək istədi”- bunu jesablama sistemlərində İnsan Faktorları üzrə 2023 CHI Konfransının Protokolunda dərc edilən araşdırmaya imza atan şəxslərdən biri Dr. İlena Hirskyj-Duglas deyib.

Hirskyj-Douglas, bəzi quşların bir-birinin şəkillərinin yanında yatdığını da söyləyib.

Beynəlxalq tədqiqat qrupu heyvanların fiziki və zehni ehtiyaclarına diqqət yetirən araşdırmaları davam etdirəcəklərini açıqladı.

Mənbə: TRT

Aynur Camal

Oxşar xəbərlər

Sülh sazişi layihəsində irəliləyiş əldə olundu

Aynur Camal

Zəncirvari qəza oldu: 1 ölü, 8 yaralı

Bugün TV

Yod, maqnezium, D vitamini: hansı əlavələr lazımdır və hansılar pul itkisidir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu