22 C
Baku
13 Sentyabr 2025, 17:38
Dünya

Twitch 1 milyon rubl cərimələndi

Rusiyada məhkəmə sosial media platformalarından biri olan Twitch-i 1 milyon rubl (təxminən 12 min dollar) cərimələyib.

Rusiya Federal İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Agentliyinin (Roskomnadzor) Twitch-ə qarşı qaldırdığı iddialara paytaxt Moskvanın Taqanski Məhkəməsində baxılıb.

Məhkəmə Rusiyada qadağan olunmuş məzmuna Twitch vasitəsilə daxil olmaq mümkün olduğu üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və platformanı 1 milyon rubl cərimələyib.

Bundan əvvəl də oxşar pozuntulara görə ölkədə Twitch-ə müxtəlif cərimələr tətbiq edilib.

Mənbə: TrtHaber

Kəmalə Sultan

Oxşar xəbərlər

CHP-nin 55 il sədri Kılıçdaroğlunu dəstəklədiklərini açıqladı

Bugün TV

Avstraliyada köpəkbalığı dəhşəti: 17 yaşlı qız ölür

Aynur Camal

Haniyənin öldürülməsi ilə bağlı Qətərdən açıqlama

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu