Bugun.tv xəbər verir ki, Twitter-ə profillərə daxil olmaqda problemlər var idi. Elon Musk Twitter-də həddindən artıq məlumat çıxarılmasının və sistem manipulyasiyalarının qarşısını almaq üçün müvəqqəti məhdudiyyətlər tətbiq etdiklərini açıqlayıb.
Belə ki, Twitter sosial media platformasının bir çox istifadəçisi “istifadə limiti keçildi” xəbərdarlığı ilə qarşılaşıb. Əsas səhifə lentinə və profillərə daxil olmaqda problemlər yaşanıb.
Twitter sahibi Elon Musk, Twitter-də həddindən artıq məlumat çıxarılmasının və sistem manipulyasiyalarının qarşısını almaq üçün müvəqqəti məhdudiyyətlər tətbiq etdiklərini bildirib.
Artıq doğrulanmış hesablar gündə 6000 tvit, təsdiqlənməmiş hesablar gündə 600 tvit, yeni və təsdiqlənməmiş hesablar isə gündə 300 tvit görə biləcək.
Mənbə: TRT Haber