19 C
Baku
8 Sentyabr 2024, 3:55
DünyaTexnologiya

Twitter icarə haqqını ödəmədiyi üçün ofisi boşaldacaq

Bugun.tv xəbər verir ki, Twitter, ödənilməmiş icarə haqqına görə Kolorado ofisindən çıxarılır.

Qeyd edək ki, Elon Mask ötən aylarda Twitter-i satın alaraq işə başlayıb. İlk gəldiyi gündən bir çox işçi ilə yollarını ayıran Musk indi də ödənilməmiş kirayə haqqı ilə gündəmdədir.

Twitter, ödənilməmiş icarə haqqı 75 min dollardan çox olduğu üçün Kolorado ofisindən çıxarılır. ABŞ hakimi qərar verib ki, şirkət iyulun sonuna qədər ofisi boşaltmalıdır.

Twitter-in reklam satışları aprel və mayın ilk həftəsini əhatə edən dövrdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 59 faiz azalıb.

Şirkət 2021-ci ildə 5,1 milyard dollar gəlir əldə etdiyini bildirib. Elon Musk bu yaxınlarda elan etdi ki, onun 2023-cü il üçün gəlir təxminləri 3 milyard dollardır.

Mənbə: Ensonhaber

Kəmalə Sultan

Oxşar xəbərlər

Paulo Dibala: “Medianın bəzən təsvir etdiyi Ronaldo əsl Kriştiano deyil”

Nigar Məmmədova

İslam Əməkdaşlıq Təşkilatından İsrailə qarşı bəyanat

Teymur Əziz

Zelenskinin korteji qəzaya düşüb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu