təbii bakteriyalar, kartof məhsuldarlığı, buğda məhsuldarlığı, bitki xəstəlikləri, bioloji preparatlar, kənd təsərrüfatı, Novosibirsk alimləri, aqrobiotexnologiya
Dünya

Təbii bakteriyalar kartof və buğdanın məhsuldarlığını əhəmiyyətli dərəcədə artırdı

Rusiyalı alimlər bitkiləri xəstəliklərdən qorumaqla yanaşı, məhsuldarlığı da artıran təbii bakteriya ştammları müəyyən ediblər. Sahə sınaqları zamanı bu mikroorqanizmlərdən istifadə edilən sahələrdə kartof və buğdanın məhsuldarlığında nəzərəçarpacaq artım qeydə alınıb.

Bugun.tv xəbər verir ki, bu barədə “Mail.ru” portalı TASS-a və Rusiya Elmlər Akademiyasının D. Q. Knorre adına Kimyəvi Biologiya və Fundamental Tibb İnstitutuna istinadən məlumat yayıb.

Novosibirsk alimləri institutun mikroorqanizm kolleksiyasından bitkilərdə xəstəlik törədən göbələklərin inkişafını zəiflədən bakteriya ştammlarını seçiblər. Daha sonra bu ştammlar Sibir Federal Aqrobiotexnologiyalar Elmi Mərkəzinin mütəxəssisləri ilə birlikdə sahə şəraitində sınaqdan keçirilib. Təcrübə zamanı əkin materialları bakteriyalarla işlənib, bitkilərin və torpağın vəziyyəti müşahidə olunub.

Nəticədə buğdada kök çürüməsi, kartofda isə yumruları və zoğları zədələyən bəzi göbələk xəstəliklərinin yayılması azalıb. Eyni zamanda bitkilərin inkişaf göstəriciləri yaxşılaşıb. Alimlərin məlumatına görə, buğdanın məhsuldarlığı 30 faizdən çox, kartofun məhsuldarlığı isə 53–66 faiz artıb.

Tədqiqatçılar əldə olunan nəticələr əsasında kənd təsərrüfatında rahat istifadə edilə biləcək xüsusi bioloji preparat hazırlamağı planlaşdırırlar. Bu yanaşma bitkilərin xəstəliklərə qarşı qorunmasında təbii mikroorqanizmlərdən istifadənin imkanlarını genişləndirə bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Tramp və Netanyahu arasında İranla bağlı telefon danışığının gərgin keçdiyi iddia olunur

Aynur Camal

Dünyanın yeganə strateji ağcaqayın şərbəti ehtiyatı azalır

Aynur Camal

Çin Oman üçün süni intellektlə işləyən 20 peykdən ibarət kosmik şəbəkə quracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu