30 C
Baku
28 İyun 2025, 16:47
Baş xəbərKriminal

Təbiətə 1000 manatdan artıq ziyan vuran şəxs saxlanılıb

Bugun.tv xəbər verir ki, qanunsuz balıq ovu ilə məşğul olaraq təbiətə 1000 manatdan artıq ziyan vuran şəxs saxlanılıb.
Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Məntəqəsinin əməkdaşları tərəfindən xidməti ərazidə qanunsuz olaraq balıq ovu ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, polis və Şirvan Milli Parkının əməkdaşları tərəfindən Cənub-1 kollektorunun Salyan rayonu ərazisindən keçən hissəsində aparılan profilaktiki-nəzarət tədbirləri zamanı sintetik tordan istifadə etməklə balıq ovu ilə məşğul olan rayonun Şəkərli kənd sakini Məmməd Abbasov saxlanılıb.
Həmin şəxsdən bir ədəd taxta qayıq, uzunluğu 17 metrdən artıq olan sintetik tor və qanunsuz olaraq ovlanmış 31 ədəd balıq aşkarlanaraq maddi sübut kimi götürülüb.
Araşdırmalar zamanı saxlanılan şəxsin təbiətə 1023 manat miqdarında zərər vurması müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

Paytaxtda keçirilən Türk Klassik Avtomobil Festivalı son gün maraqla izlənildi

Bugün TV

Paytaxtda qətl hadisəsi baş verdi

Kəmalə Sultan

Süni intellekt yeni qlobal iqtisadi tarazlıqlar yarada bilər – ARAŞDIRMA

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu