27 C
Baku
7 Sentyabr 2025, 21:16
Digər

Tədqiqat: Xərçəng diaqnostikasında mühüm irəliləyişə nail olundu

Bugun.tv “MedicalXpress” portalına istinadla xəbər verir ki, bu texnologiya xüsusilə metastazın limfa düyünlərində aşkarlanması üçün nəzərdə tutulub. Metastazın vaxtında və düzgün müəyyənləşdirilməsi xərçəng müalicəsinin gedişatına birbaşa təsir göstərir. Hazırda istifadə edilən ənənəvi üsullar radioaktiv izləyicilər və ya mavi boyalar üzərində qurulub. Lakin radioaktiv materialların istifadəsi əlavə təhlükəsizlik tədbirləri tələb edir, mavi boya isə bəzi hallarda allergik reaksiyalara səbəb ola bilir. “Physical Review Applied” jurnalında dərc olunan məqalədə qeyd edilir ki, yeni cihaz həm toksik deyil, həm də radioaktiv maddələrdən istifadə etmir. Bundan əlavə, cihazın sensor başlığı cəmi 10 millimetr ölçüsündədir, bu da onu endoskopik əməliyyatlarda istifadəyə yararlı edir.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

“Bir peşənin sirri” festivalı keçirildi – FOTO

Bugün TV

“İsraillə-İran arasında bir başa quru və hava sərhəddi yoxdur”

Aynur Camal

Rusiya ordusunun Xarkovda yaşayış məntəqəsinə raket zərbələri nəticəsində beş nəfər həlak oldu

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu