Baş xəbərKriminal

Təhlükə yaradan sürücülərlə bağlı yoxlama nəzarət tədbirləri keçirildi – FOTO

Masallıda kobud qayda pozuntularına yol verən, digər hərəkət iştirakçıları üçün təhlükə yaradan sürücülərlə bağlı yoxlama nəzarət tədbirləri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv -yə verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin intensiv olduğu küçə və prospektlərdə aparılan yoxlama-nəzarət tədbirləri zamanı avtomobillərin texniki vəziyyətinə qanunsuz müdaxilələr edərək əlavə avadanlıqlar quraşdıran, ötmə və manevr qaydalarını pozan, sürücülük vəsiqəsi olmadan sükan arxasına keçən və digər qayda pozuntularına yol verənlər aşkarlanıb. Qanunvericiliyin tələbləri izah olunmaqla hər biri barəsində qanunamüvafiq qaydada tədbirlər görülüb.

Nəzarət tədbirləri çərçivəsində həmçinin, sərnişinlərin təhlükəsizliyi və mənzil başına rahat çatmasını təmin etmək məqsədilə taksi və marşrutlarda aşkarlanan neqativ hallarla bağlı da inzibati xəta haqqında protokollar tərtib edilib.

 

Aynur Camal

Oxşar xəbərlər

Dünya Kuboku azarkeşlərini güclü tufan təhlükəsi gözləyir

Aynur Camal

Məhəmməd Əsədullazadə: ABŞ-İran memorandumu yeni əməkdaşlıq mərhələsinin başlanğıcıdır

Aynur Camal

Ultra emal olunmuş qidalar asılılıq yaradır: Problem iradədə deyil, bioloji tələdədir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu