12 C
Baku
6 Aprel 2026, 20:28
Maraqlı faktlar

Təhlükəli sürət: Buzlaqlar gündə 60 metr irəliləyə bilir

Arktika, Himalay və And dağları, “Dalğalanma” (surge)

Dünyanın bir çox bölgəsində buzlaqlar iqlim böhranı səbəbindən sürətlə ərisə də, alimlər daha təhlükəli bir prosesə diqqət çəkir.

“Dalğalanma” (surge) adlanan nadir təbiət hadisəsi bəzi buzlaqların gözlənilmədən sürətlənərək qısa müddətdə böyük məsafə qət etməsinə səbəb olur.

Alimlərin yayımladığı geniş araşdırmada dünyada 3 mindən çox “dalğalanan” buzlaq təhlil edilib.

Normalda hərəkəti hiss olunmayacaq qədər yavaş olan buzlaqlar bu proses zamanı qəfil sürətlənir və gündə 60 metrə qədər irəliləyə bilir. Mütəxəssislər bildirir ki, bu sürətlənmə buzlağın altında suyun yığılıb təzyiq yaratması və sürtünməni azaltması nəticəsində baş verir.

Buzlaqların bu qəfil hərəkəti əriməni azaltmır, əksinə, buz itkisinin daha da sürətlənməsinə gətirib çıxarır. Sürətlə irəliləyən buz kütlələri çay yataqlarını bağlayaraq süni göllər yaradır. Bu göllər qəfil boşaldıqda aşağı ərazilərdə güclü daşqınlar baş verir.

Araşdırmada qeyd olunur ki, Karakurum dağlarında yerləşən Shisper buzlağı son illərdə Pakistan və Çin arasında strateji yolların ciddi zədələnməsinə səbəb olub.

Buzlaqların cəmi 1 faizi bu xüsusiyyətə malik olsa da, həmin buzlaqlar dünya üzrə ümumi buzlaq sahəsinin 16 faizini təşkil edir. Alimlər Arktika, Himalay və And dağlarında riskin daha yüksək olduğunu bildirir. Eyni zamanda gələcəkdə Antarktida kimi bölgələrdə də bu proseslərin baş verə biləcəyi istisna edilmir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İngiltərədə 2000 illik Roma yolu aşkarlandı

Aynur Camal

Bilirdinizmi? Həqiqətən “sıfır kalorili” qidalar yoxdur

Aynur Camal

Çin alimləri nadir “hekzagonal almaz”ın təmiz nümunələrini sintez ediblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu