16 C
Baku
12 Oktyabr 2025, 0:12
Baş xəbər

“Təhsildə Yeni Çağırışlar” VI Beynəlxalq Forumu baş tutdu

Bugun.tv– xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Slavyan Universiteti, T-Network, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə keçirilən “Təhsildə Yeni Çağırışlar” VI Beynəlxalq Forumu keçirilib.

Bu barədə məlumat verən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Forum müasir dövrün təhsil sistemində qarşıya çıxan aktual problemlərin, qlobal tendensiyaların və inkişaf perspektivlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət kəsb edirdi. Əsas məqsəd ölkələrarası təcrübə mübadiləsini təmin etmək, innovativ yanaşmaları önə çəkmək, yeni ideyaların reallaşdırılması üçün platforma yaratmaq və təhsil sahəsində davamlı inkişafın təmin olunmasına dəstək vermək idi.

Deputat həmçinin qeyd edib ki, Forum çərçivəsində müxtəlif ölkələrdən olan elm və təhsil nümayəndələrinin təqdimatlarını dinlədik, maraqlı müzakirələr aparılıb. Təhsildə rəqəmsallaşma, yeni texnologiyaların tətbiqi, müəllim peşəkarlığının artırılması, gənclərin inkişaf imkanları və qlobal əmək bazarının tələblərinə uyğun kadr hazırlığı kimi məsələlər gündəmə gətirilib.

“Düşünürəm ki, belə tədbirlər təhsil sahəsində fikir mübadiləsini dərinləşdirir, yeni əməkdaşlıqlar üçün zəmin yaradır və gənclərin gələcək inkişaf perspektivlərinə töhfə verir” – deyə Ceyhun Məmmədov deyib.

 

 

Aynur Camal

Oxşar xəbərlər

1067 manat, sənəd və bank kartlarını oğurlayan saxlanıldı

Aynur Camal

Düyü böhranı: 26 ildə ilk idxal

Aynur Camal

Daha 18 nəfər saxlanıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu