Bugun.tv xəbər verir ki, Azərbaycanda savadsız psixoloqların sayı artıb.
Tanınmış sosioloq Elçin Bayramlı hər hansı universitet, akademiya bitirməyib, elmi təhsili olmayanlar özlərini psixoloq adlandırır, deyə vurğulayıb.
“Bizdə normadan çox psixoloqlar var. Onların göstərdiyi xidmət səviyyəsi, peşəkarlığı cəmiyyətin sosial-iqtisadi vəziyyətinə uyğun deyil. Bu qiymətlər bizdə olmamalıdır. Nəzərə alsaq ki, onların göstərdiyi xidmət 90% hallarda effekt vermir. 5 dəqiqə özü üçün söhbət edib, danışıb bir neçə yüz manat tələb etmək ən yaxşı haldır hələ. Bu fürsətdən istifadə edərək soyğunçuluq edirlər. Bunun nə sosial-iqtisadi, nə də mənəvi əsası var, ” – E.Bayramlı bildirib.
Sonda psixoloqlar özlərini sosial şəbəkələrdə, televiziyalarda reklam edərək məşhurlaşdırırlar. Bu onların intellektual bazasının yüksək səviyyədə olmasını göstərmir, ” – deyə sosioloq E.Bayramlı vurğulayıb.
Müxbir: İntizar Əmirova