İtaliya Xarici İşlər Nazirliyi Təl-Əvivdəki terror aktı nəticəsində ölkə vətəndaşının öldüyünü təsdiqləyib.
Bugun.tv xəbər verir ki, bu barədə İtaliyanın Xarici İşlər Naziri Antonio Tajani Twitter səhifəsində yazıb.
“İsrail hakimiyyəti İtaliya vətəndaşı Alessandro Parinin ölümünü təsdiqləyir. Təl-Əvivə iyrənc hücumda digər həmvətənlərimizin də yaralanması ehtimalını bildirir”, – nazir qeyd edib.
İtaliya hökumətinin mətbuat xidməti xəbər verir ki, baş nazir Giorgia Meloni İsrail hakimiyyəti ilə tez-tez əlaqə saxlayır.
Daha əvvəl Kan radiostansiyası Tel-Əvivin çimərlik gəzinti yerində atışma olduğunu və nəticədə bir nəfərin öldüyünü, altı nəfərin yaralandığını bildirmişdi. Məlumata görə, terrorçunun avtomobili bir neçə piyadanı vurduqdan sonra həmin şəxs avtomobildən çıxıb və atəş açmağa çalışsa da, polis əməkdaşı tərəfindən zərərsizləşdirilib. Magen David Adom tibb xidməti bildirir ki, terror aktında ölən və yaralananların hamısı xarici turistlərdir.
