17 C
Baku
10 İyun 2025, 9:25
Baş xəbər

Təlim kursunun dinləyicilərinə sertifikatlar təqdim olunub

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin NATO ilə 2023-cü il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində NATO-nun Brunssumda yerləşən Birgə Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən Bakıda keçirilən “Operativ səviyyədə əməliyyatın qiymətləndirilməsi” təlim kursu başa çatıb.

Əvvəlcə kursun yekunlarına dair brifinq təqdim edilib.

Çıxış edənlər Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlığın genişləndirilməsi istiqamətində bu cür kursların əhəmiyyətindən danışıb, kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edərək onlara gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayıblar.

Sonda kursu bitirənlərə sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib. Mənbə: mod.gov.az

Aynur Camal

Oxşar xəbərlər

Avtomobil aşdı, sürücü öldü

Aynur Camal

Sergey Narışkin: “Ukrayna qoşunları AES ərazilərində raket və mərmi anbarları yaradır”

Nigar Məmmədova

Prezident İ.Əliyev türkiyəli idmançıları Bakıya dəvət etdi – FOTO

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu