24 C
Baku
5 Sentyabr 2025, 3:29
Baş xəbərSiyasət

Tələbə və magistrantların 47-ci ənənəvi elmi konfransı öz işinə başladı

Azərbaycan Memarlıq və İnşaat Universitetində “Elmdə Addımlar: TEC Günləri” çərçivəsində tələbə və magistrantların 47-ci elmi konfransına start verilib.

Bugun.tv xəbər verir ki, 5-16 may tarixlərini əhatə edən konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunub.

Plenar iclasda çıxış edən AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ümummilli liderin elmə və təhsilə verdiyi töhfələrdən bəhs edib.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov çıxışında ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatları vurğulayıb.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə Heydər Əliyevin memarlıq və şəhərsalmaya verdiyi xüsusi önəmi diqqətə çatdırıb.

Daha sonra çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Ulu Öndərin müəllim əməyinə verdiyi yüksək ehtiramdan və təhsil işçilərinin rifahının təmin olunmasında oynadığı roldan bəhs edib.

Plenar iclas çərçivəsində Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş olunub.

Mənbə: İkiSahil.Az

Aynur Camal

Oxşar xəbərlər

NATO-nun ABŞ-Ukrayna nadir metallar sazişindən çıxması

Aynur Camal

“Ermənilərlə birgə yaşamaq daha çox Ermənistanın özündən asılıdır”

Nigar Məmmədova

6,2 bal gücündə zəlzələ baş verdi

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu