24 C
Baku
20 İyul 2025, 3:42
Dünya

Tələbələr Qəzzalılara dəstək olaraq aclıq aksiyasına başladılar

ABŞ-ın Yale və Kaliforniya Dövlət Universitetinin tələbələri İsrailin soyqırımı səbəbilə aclıqdan əziyyət çəkən Qəzza xalqı ilə həmrəylik məqsədilə aclıq aksiyası keçiriblər.

Yerli ABŞ mətbuatının məlumatına görə, Kaliforniya Dövlət Universitetinin 25 tələbəsi aclıq aksiyasına başlayıb.

Tələbələr universitet rəhbərliyindən İsrailin soyqırımını dəstəkləyən şirkətlərlə əlaqələrinin kəsilməsini və universitet şəhərciyində ifadə azadlığının qorunmasını tələb ediblər.

Eynilə, Yale Universitetində Fələstin tərəfdarı olan altı tələbə Kaliforniya Dövlət Universitetinin tələbələri ilə həmrəy olaraq aclıq aksiyasına başlayıb.

Tələbələr İsrailin martın 2-dən Qəzza zolağına humanitar yardımın girişini dayandırma qərarına reaksiya verib və Qəzzada aclıqdan ölənlərlə həmrəy olduqlarını vurğulayıblar.

Universitet tələblərini yerinə yetirənə qədər aclıq aksiyasına davam etməyi hədəfləyən tələbələr bu müddət ərzində ancaq su istehlak edəcəklərini bildiriblər.

İsrail HƏMAS ilə atəşkəs və məhbus mübadiləsi razılaşmasının 42 günlük birinci mərhələsi başa çatdıqdan sonra martın 2-də Qəzza zolağına humanitar yardımı dayandırıb.

İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bu yana həyata keçirdiyi hücumlar nəticəsində 2 milyon 300 min əhalisi olan Qəzza zolağında təxminən 2 milyon insan didərgin düşüb. İsrail mülki infrastrukturu və xəstəxanaları da hədəf alaraq Qəzzada humanitar fəlakətə səbəb olur.

Bölgəyə su və elektrik verilişinin kəsilməsi və sərhəd qapılarının bağlı saxlanılması fələstinlilərin Qəzzada yaşadığı çətin vəziyyəti daha da dərinləşdirir.

Yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib.

İsrail ordusu yenidən hücumlara başladıqdan sonra əksəriyyəti qoca, qadın və uşaq olmaqla 2749 fələstinli həyatını itirib, 7607 nəfər isə yaralanıb.

İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 52 min 862, yaralıların sayı isə 119 min 648-ə yüksəlib.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

Rusiyalı fizik: Metsamor AES bütün region üçün təhlükədir – VİDEO

Aynur Camal

“Yonhap”: Şimali Koreya Cənubi Koreyanın dənizdə yerləşən adalarına doğru 200-ə yaxın mərmi atdı

İntizar Əmirova

Kainat gözlənildiyindən daha sürətlə genişlənir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu