33 C
Baku
26 İyul 2025, 17:30
Baş xəbər

“Təmiz hava aylığı” çərçivəsində reyd keçirildi

 Bugun.tv xəbər verir ki, Dövlət Yol Polisi əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə reyd keçirib. Nəqliyyat vasitələrinin mühərrikindən havaya buraxılan zəhərli qazların miqdarı ölçülüb. Xüsusilə istismar müddəti 10 yaşın üzərində olan avtomobillərdə bu hallar özünü daha çox göstərib. Reydlər rayonun intensiv hərəkət müşahidə edilən yerlərində baş tutub. Polisin “Saxla” əmri ilə dayandırılan nəqliyyat vasitələrinin hava borusu xüsusi cihaz vasitəsilə ölçülüb. Avtomobilində heç bir nöqsan aşkar edilməyən sürücülər hərəkətlərinə davam edib. Nasazlıq müəyyən olunan avtomaşlnların sürücüləri barədə isə qanuna müvafiq olaraq protokollar tərtib edilib.

  Məlumat üçün bildirək ki, 2024-cü il üzrə “Təmiz hava aylığı” çərçivəsində rayon ərazisində 62, oktyabr ayı üzrə isə 26 sürücü barədə protokollar tərtib edilib. Bundan sonra da bu tip reydlərin mütəmadi olaraq keçiriləcəyi nəzərdə tutulub.

Bugün TV

Oxşar xəbərlər

Kambocada oteldə yanğın: on nəfər ölüb

Aynur Camal

ABŞ-da Yeni il şənliyi zamanı atışma nəticəsində iki nəfər öldü

İntizar Əmirova

Torpaq sürüşməsində 22 nəfər öldü – FOTOLAR

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu