7 C
Baku
23 Dekabr 2024, 12:07
Baş xəbərSosial

“Təmiz hava” aylığı çərçivəsində tədbir keçirilib

Bugun.tv-yə daxil olan məlumata görə, Oğuzda atmosferə normadan artıq tullantı ixrac edən avtomobillərin sürücüləri barəsində qanunamüvafiq tədbir görülüb.

Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində atomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələrindən atmosferə ixrac edilən zərərli qazların miqdarı xüsusi cihaz vasitəsilə yoxlanılıb.

Standartlara uyğun olmayan avtomobillərin sürücüləri ilə maarifləndirici söhbətlər aparılıb və avtonəqliyyat vasitələrinin texniki sazlığının daim diqqət mərkəzində saxlanılmasının vacibliyi onlara izah edilib.

Ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin sürücüləri barəsində inzibati tənbeh tədbiri görülüb.

Aynur Camal

Oxşar xəbərlər

Peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlandı

Aynur Camal

Qəzzaya hava hücumu nəticəsində ölənlər oldu

Aynur Camal

Ədirnədə park edilmiş avtobus yanaraq kül oldu

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu