“Bu gün 29 oktyabr Azərbaycanın əzəli, əbədi qardaşı, doğma Türkiyədə Cümhuriyyət Günü Bayramıdır. Millət olaraq qazandığımız Böyük Qurtuluş Savaşımızı yeni, güclü bir dövlətlə və Cümhuriyyət idarəsi ilə taclandırmağımızın üzərindən 102 il keçir.
Azad və müstəqil yaşamaq arzusuyla əldə edilən bu böyük zəfəri davamlı vəziyyətə gətimək istəyən və hədəfi ən başdan tam olaraq müstəqil, eyni zamanda müasir mədəniyyət səviyyəsini aşmaq olan Mustafa Kamal Atatürk, bu hədəflərə ancaq və ancaq cümhuriyyət, demokratiya ilə çata biləcəyini vurğulamışdı”.

