27 C
Baku
10 İyun 2025, 9:54
Digər

Tərtərdə narkomaniya əleyhinə maarifləndirmə tədbirləri davam etdirilir-FOTOLAR

Bugun.tv xəbər verir ki, Tərtər rayon Sabir Zeynalov adına Kəngərli kənd tam orta məktəbində “Övladlarımızı narkotiklərdən qoruyaq” devizi altında marifləndirici tədbir keçirilib.

Tədbirdə Tərtər RPŞ-nin rəisi, polis polkovniki Elçin Qasımov, Tərtər rayon Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbirdə çıxış edənlər müasir dövrümüzün bəlası olan narkotik vasitələr və onların fəsadları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib və gənc nəslin nümayəndələrinə pis vərdişlərdən kənar durmağın vacibliyini çatdırıblar.

Sonda proyektor vasitəsilə tədbir iştirakçılarına maarifləndirici sənədli film nümayiş etdirilib.

Nigar Məmmədova

Oxşar xəbərlər

Aydın Quliyev: “Bu əfv sərəncamı Azərbaycan dövlətinin cəza siyasətinin humanistliyinin göstəricisidir”

Kəmalə Sultan

Vətəndaşların nəzərinə

Kəmalə Sultan

Manaf Manafov: “Azərbaycanı qalibiyyətə aparan gənclik…”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu