28 C
Baku
9 İyun 2025, 19:34
Baş xəbərDünya

Təyyarədəki sərnişinlər tavandan sıçradı!

Stokholmdan havaya qalxan və Mayamiyə uçan 254 sərnişini olan təyyarə Qrenlandiya səmasında güclü turbulentliyə düşüb. Bu zaman sərnişinlər oturacaqlarından tullanıb, bəziləri tavana dəyib. Havadakı qorxulu anlar kameralara düşüb. Stokholmdan Mayamiyə uçan təyyarədə olan sərnişinlər dəhşət yaşayıb. Bir körpə də daxil olmaqla 254 sərnişini olan təyyarənin Mayamiyə 9 saat ərzində çatacağı gözlənilirdi. Lakin Qrenlandiya üzərində ciddi təlatüm yaşadıqdan sonra Kopenhagenə qayıtmağa məcbur oldu.

Güclü qarışıqlıq zamanı sərnişinlər oturacaqlarından atılıblar. Qışqıran sərnişinlərdən bəziləri turbulentlik səbəbindən tavana çırpılıb. Təyyarədə olan əşyalar yerə düşüb. Həmin vaxt baş verənlərin görüntülərini bir sərnişin “Öləcəyimizi düşündüm” deyərək paylaşıb.

Şirkət sözçüsü ciddi xəsarət alanların olmadığını bildirib. Sərnişin ən azı bir nəfərin yaralandığını bildirib. Şirkət rəsmiləri Mayamidə texniki yoxlamalar aparmaq üçün səlahiyyətli şəxslər və avadanlıqların olmaması səbəbindən təyyarənin geri qaytarıldığını açıqlayıb. Sərnişinlərə otel otaqları ayrılıb və onlara cümə günü təyyarə ilə Mayamiyə aparılacaqları barədə məlumat verilib.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

32 kiloqram narkotik vasitə aşkarlandı

Kəmalə Sultan

WhatsApp-dan yeni funksiya! Nömrələri saxlamağa ehtiyac yoxdur

Teymur Əziz

Ankara-Diyarbəkir turizm qatarı bu gün yola düşür

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu