29 C
Baku
7 Sentyabr 2025, 17:56
Kriminal

Ü.Hacıbəylinin heykəlini təhqir edənlər cəzalandırıldı

Üzeyir Hacıbəylinin heykəlinə ayaqqabı atılması ilə bağlı sosial şəbəkədə paylaşılan görüntülər araşdırılıb.

Keçirilən tədbirlərlə qeyd olunan əməli törədən 19 yaşlı Elvin İsmayılov və 16 yaşlı Fərid Cəfərov saxlanılıb.

E.İsmayılov alkoqol sərxoşluğu vəziyyətində Milli Konservatoriyanın qarşısından keçərkən tanışı F.Cəfərovla zarafat etmək məqsədi ilə ona məxsus torbada olan ayaqqabını heykələ atdığını bildirib.

Faktla bağlı hər iki şəxsin barəsində İXM-in müvafiq maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib, F.Cəfərov cərimə olunub, E.İsmayılov isə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Bugun.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Nigar Məmmədova

Oxşar xəbərlər

654 kq kristal və maye metamfetamin aşkarlandı

Teymur Əziz

Müəllim 12 yaşlı şagirdə təcavüz etdi

Bugün TV

Yol vermək üçün döyüş oldu: 4 yaralı var

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu