25 C
Baku
3 İyul 2025, 14:48
Hadisə

Üç yaşlı uşaq yemək qorxusundan il yarımdır ki, yemək yemir

Bugun.tv xəbər verir ki, Böyük Britaniyadan olan üç yaşlı uşaq yemək pozğunluğu səbəbindən qəflətən yeməyi dayandırıb. Bu barədə “Liverpool Echo” məlumat yayıb.

Mersisayd ştatının Pensbi şəhərindən olan autizm spektri pozğunluğu (ASD) olan Oliver iki yaşında ikən yeməkdən imtina edib. Səbəb yemək qorxusu olduğu ortaya çıxıb. Oliver bütün yeməklərdən və qablardan qorxmağa başlayıb. Hətta onlara toxunmayıb. Narahat olan valideynlər həkimə müraciət ediblər. Müayinələr nəticəsində oğlana selektiv qidalanma pozğunluğu ARFD diaqnozu qoyulub. Bu tip yemək pozğunluğunda insan rəngi, ölçüsü, qoxusu, dadı, teksturası və ya keçmiş mənfi təcrübələrinə görə müəyyən qidalardan şüurlu şəkildə çəkinir.

Həkimlər Oliver üçün qidalanma borusu quraşdırmalı olublar. Bu boru vasitəsilə o, təxminən bir il yarımdır ki, qida və maye qəbul edir. “Bir çox insan ac olanda yemək yeəcəyini deyirdi. Amma Oliver istəmir, o, sözün əsl mənasında aclıqdan ölür”, – deyə uşağın anası bildirib. Qadının dediyinə görə, uşağının yemək qorxusu ASD səbəbiylə hissiyyatın işləmə pozğunluğu ilə əlaqələndirilib. Oliverin valideynləri nadir rast gəlinən IORPP diaqnozuna diqqət çəkmək istəyiblər. Bunun üçün hekayəni mətbuatla bölüşüblər.

Müxbir Qaytən Qasımzadə

Mənbə lenta.ru

Bugün TV

Oxşar xəbərlər

Yol davası oldu: 1 ölü, 6 yaralı var

Bugün TV

Yunanıstana qaçmağa cəhd edən 2 FETÖ şübhəlisi həbs edildi

Bugün TV

Kömür mədənində partlayış oldu: 11 nəfər öldü

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu